Versiya: 1.1 | Qüvvəyə minmə tarixi: 2026-10-26
1. AI funksiyaları nə üçündür
Zehyn-də süni intellekt (AI) mövzuları izah etmək, sual həllini başa salmaq və situasiya cavablarını qiymətləndirmək üçün istifadə olunur. AI cavabları rəsmi imtahan cavabı, rəsmi bal, hüquqi, tibbi və ya maliyyə məsləhəti deyil.
2. AI səhv edə bilər
- AI cavabları səhv, natamam və ya köhnəlmiş ola bilər. Variantların hərfləri, hesablamalar və faktlar da səhv ola bilər.
- Situasiya cavabına AI-ın verdiyi bal təxmini qiymətləndirmədir.
- Vacib qərarlarda yalnız AI cavabına əsaslanmayın; cavabı müəllim, dərslik və ya digər etibarlı mənbə ilə yoxlayın.
3. Avtomatik təhlükəsizlik filtri
- Mesajlarınız və AI cavabları sizə göstərilməzdən əvvəl avtomatik təhlükəsizlik filtrindən keçir.
- Filtr uyğunsuz məzmun aşkarlasa, AI cavabının əvəzinə təhlükəsiz cavab göstərilir.
- Filtr hər problemi tuta bilməz. Uyğunsuz cavab görsəniz, bizə bildirin (bölmə 4).
4. AI cavabından şikayət
- Zehyn mobil tətbiqində AI müəllimin hər cavabının, AI izahlarının və AI rəylərinin yanında "Şikayət et" düyməsi var.
- Səbəbi seçin (təhqiramiz, zərərli və ya təhlükəli, səhv, digər) və istəsəniz qeyd yazın. Şikayətinizə komandamız baxır.
- Veb saytda AI cavabı barədə [email protected] ünvanına yaza bilərsiniz.
5. Əvvəlcədən hazırlanmış AI izahları
Sual izahlarının bir hissəsi əvvəlcədən AI ilə hazırlanır və tələbələrə yalnız komandamız tərəfindən təsdiqləndikdən sonra göstərilir. AI müəllimin söhbətdəki cavabları isə həmin anda yaradılır və əvvəlcədən yoxlanılmır.
6. Məlumatlarınız
AI cavabları üçüncü tərəf AI provayderləri tərəfindən yaradılır. Hansı məlumatların göndərildiyi Məxfilik Siyasətində (bölmə 4) izah olunub. AI söhbətinə şifrə, kart nömrəsi, sənəd nömrəsi və ya digər həssas məlumat yazmayın.
7. Rəsmi imtahanlarla əlaqə
Zehyn dövlət qurumu deyil. Platformadakı suallar və AI cavabları yalnız imtahana hazırlıq üçündür.