Hüquqi sənəd

Cookie Siyasəti

Versiya: 1.2 | Tarix: 2026-10-27

1. Cookie nədir?

Cookie istifadəçinin brauzerində saxlanan kiçik məlumat faylıdır. Veb sayt oxşar məqsədlə brauzerin yaddaşından (localStorage) da istifadə edir.

2. Cookie kateqoriyaları

Vacib cookie-lər

Login, təhlükəsizlik, session üçün lazımdır. Bunlar olmadan platforma işləməyə bilər.

Preference cookie-lər

Dil seçimi, tema kimi seçimləri yadda saxlayır.

Analytics cookie-lər

Platformanın necə istifadə olunduğunu anlamaq üçündür:

  • Zehyn-in öz statistikası: baxılan səhifələr anonim ziyarətçi identifikatoru ilə qeydə alınır. Analytics cookie-lərinə razılıq verməsəniz, bu identifikator yalnız brauzer sekmesi açıq olduğu müddətdə saxlanılır.
  • Microsoft Clarity: seans yazıları və istilik xəritələri üçün öz cookie-lərindən istifadə edir.

Marketing cookie-lər

Veb saytda Google Tag Manager yüklənir. Onun vasitəsilə işə salınan statistika və ya marketinq teqləri (məsələn, Google Analytics) Google-un cookie-lərini yerləşdirə bilər.

3. Cookie idarəetməsi

Cookie banner üzərindən seçim edə bilərsiniz:

  • Accept all (hamısını qəbul et)
  • Reject optional (yalnız vacib olanlar)
  • Manage preferences (ətraflı idarə et)

Vacib qeyd: hazırda Microsoft Clarity və Google Tag Manager cookie bannerindəki seçimdən asılı olmayaraq yüklənir; banner seçimi hələlik yalnız Zehyn-in öz statistikasına təsir edir. Bu cookie-ləri brauzerinizin ayarlarından silə və ya bloklaya bilərsiniz. Ətraflı: Məxfilik siyasəti.

4. Əlaqə

[email protected]